Zəfər Günü - Şanlı Tariximiz!

    Zəfər Günü – Şanlı Tariximiz!

   Azərbaycanda məhz bu gün tarixə qızıl hərflərlə yazıldı. Ölkəmizin prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabırın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününü təhsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir . Azərbaycanın müzəffər ordusu erməni mənfurlarının ardıcıl təxribatlarına rəğmən Ali Baş Komandanın rəhbərliyi altında 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycanın işğal olunmuş bir sıra rayon və kəndlərini azad etmiş və öz gücünü bütün dünyaya tanıtmışdır.

     Noyabrın 8-i Azərbaycanın ən səfalı yeri olan Şuşa şəhərinin azad edilməsi isə bütün xalqımız üçün ikiqat bayrama çevrilmişdir. Ard – arda qazandığımız qələbələrin nəticəsidir ki, noyabrın 8-i “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd olunur. Bizdə vətəndaşlıq borcu olaraq bu günü yüksək səviyyədə qeyd etdik. Tədbirimizdə qazilər, şəhid anaları, mötəbər qonaqlar iştirak etdi. Məhz o günü vətən uğrunda şəhid olan məktəbimizin adını daşıyan T.Abbasovun 50 illliyinin olması həm şagirdlərdə, həm müəllimlərdə həm kövrək duyğular, həm də qürur hissi oyatdı.

     Azərbaycan himni  səsləndirildi, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Sevda Eminova şəhid analarına səbr, gələn qazilərə isə can sağlığı arzuladı. Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın demokratik, azad və suveren bir dövlət olmasında müstəsna xidmətləri olduğunun vurğuladı. Daha sonra sözü tədbirin ərsəyə gəlməsində müstəsna xidmətləri olan təşkilatçı direktor müavini Zenfira Nusalovaya verdi. Zenfira Nusalova şəhid analarına, qazilərə və gələn qonaqlara öz təşəkkürünü bildirdi.

   Tədbirin sonunda məktəbin direktoru S. Eminova və direktor müavini Z.Nusalova Yasamal rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemi H.B.Nətavan adına 4 N-li kitabxana filialı ilə əməkdaşlıq etdiyinə görə “Zəfər Günü” şanlı tariximiz adlı Fəxri Fərmanla təltif olundular.

https://youtu.be/ntWtk3M-rfQ

https://youtu.be/bI6yoOD-GLs

https://youtu.be/85mv46Mfp_Q

https://youtu.be/wIbydcxAII4

https://youtu.be/DGLvv1ywTgA

https://youtu.be/bH9qUhsXAjw

https://youtu.be/uEoFU2kot4o

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi