"Əbədi qəhrəman"lar adlı ağacəkmə aksiyası

  30.10.2023-cü il tarixində Yasamal rayonu T.Abbasov adına 225 № li məktəbdə “Əbədi Qəhrəman”lar adlı ağacəkmə aksiyası keçirilmişdir. Məktəbimizin 6b sinif şagirdləri Azərbaycan Silahlı Qüvvələrinin giziri, Şuşa fatehi şəhidimiz Sahib Musayevin  və Azərbaycanın Milli Qəhrəmanı Dövlətzadə Cəbrayılın əziz xatirəsinə ağac əkmişlər. Şəhidlərimiz haqqında geniş məlumat verən şagirdlər öz çıxışlarında vətən uğrunda canından keçən şəhidlərimizi daim yad edəcəklərini,  onların xatirələrini daim əziz tutacaqlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi