"Bir Gələcək" adlı layihə

    13.10.2023-cü il tarixində Təhsil Nazirliyinin nümayəndələrinin birgə əməkdaşlığı ilə Yasamal rayonu 225 N-li məktəbin VII –XI sinf şagirdləri ilə “Bir Gələcək” adlı layihə üzrə görüş keçirilmişdir. Keçirilən görüşdə  məktəbimizin  məzunu eyni zamanda Təhsil Nazirliyinin nümayəndəsi İlahə xanım çıxış edərək layihə haqqında geniş məlumat vermiş,  şagirdlərin gələcək planları haqqında söhbət aparmışdır. İlahə xanımın ünvanladığı   “5 ildən sonra özünü harada görürsən?”sualına şagirdlər yüksək  intellektul  cavablar verərək hər birinin vətəninə,  dövlətinə  layiqli bir şəxsiyyət olacaqlarını bildirmişlər. Şagirdlərin gələcək həyatda öz mövqelərini tutmasında böyük rol oynayan “Bir Gələcək”layihəsinin nümayəndələri şagirdlərlə görüşdən çox məmnun olduqlarını və onlarla daima dəstək olacaqlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi