27 Sentyabr "Anım Günü"

      27.09.2020-ci Qarabağ torpaqlarının düşməndən azad olunması üçün başlanan və 44 gün davam edən “Vətən müharibəsi”ində 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.  27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

     Məhz bu məqsədlə Yasamal rayonu 225 N-li məktəbdə “Anım Günü” tədbiri keçirilmişdir. Azərbaycanın dövlət himni ilə başlayan tədbirdə vətən uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilərək onların qəhrəmanlığından, şücaətindən, mübarizkarlığından və bir ölkə vətəndaşının illərlə gözlədiyi QƏLƏBƏ sevincini bizlərə yaşatdığı o unudulmaz tarixdə  və ölkənin Ali Baş Komandanı İ.Əliyevin apardığı düzgün strategiyasından və güclü ordumuzun bütün dünyanı lərzəyə salacaq uğurlu nəticəsi barədə məlumat verildi.

https://youtu.be/CFJ3eT8QF3s

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi