FƏXRİMİZ

Rzayev Azad Allahverdi oğlu 10.10.1965-ci il Qaradağ rayonu Qobustan qəsəbəsində anadan olub. 1982-ci ildə 223 nömrəli tam orta məktəbi bitirib. Hərbi xidməti Vilnusda qulluq edib və tankçı olub. Sonra ,,Şelf Layihə Tikinti,, istehsalat birliyindəki tikintiqurma idarəsinə gəlib. Quraşdırıcı işləyib. Ailə qurub. İki qız övladı dünyaya gəlib. Bu qədər.... Ürəyində yüzlərlə arzularını yarım qoyub gedib.
1990-ci ildə Yanvarın 19-dan 20-ne keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərinə daxil olmasının qarşısını almaq məqsədilə, Ələt qəsəbəsində əliyalın Kamaz markalı maşın ilə yolu kəsmək istəyərkən başından güllə yarası alıb. Ələt qəsəbəsindəki hərbi xəstəxanaya aparılıb. Vəziyyəti ağır olduğu üçün evine göndərilib. Ana-atasına, həyat yoldaşına bir kəlmə deyə bilmədən Qobustanda keçinib. Ölümündən sonra bir qız övladı da dünyaya gəlib.
Təhsil aldığı 223 nömrəli məktəb onun adını daşıyır.
Bu gün həm 20 Yanvar şəhidlərimizin, həm birinci Qarabağ müharibəsi şəhidlərimizin qanı yerdə qalmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmən, işğal altında olan torpaqlarımızdan qovulub çıxarılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi