İl axır və ya torpaq çərşənbəsi

Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatununyeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.Torpaq çərşənbəsi mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zənginidir, çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Həmin gün insanlar torpaq sahələrinə çıxır, burada təmizlik işləri görür, müxtəlif ayinlər, kütləvi şənliklər keçirir, əmək nəğmələri oxuyurlar.Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur və s.Yer çərşənbəsi günü təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik arzulanır.Həmin gün hamı öz evində olmalı, övladlar valideynlərinə baş çəkərək öz evlərinə qayıtmalıdırlar.Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, paxlava, şəkərbura, şorqoğalı, badambura və s. şirniyyatlar bişirilir. Bayram axşamı süfrədə innab, kişmiş, püstə, badam, qoz, fındıq və müxtəlif meyvələrin qurusu qoyulur. Süfrədə xonça qurulur, ortada səməni, ailə üzvlərinin sayı qədər şam və boyanmış yumurta qoyulur.İlin axır çərşənbəsində, ya da Novruz axşamı ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə qonum-qonşu qapısına gedərlər. Qapı dalında durub ayağın altına açar atıb içəriyə qulaq asarlar. İçəridən eşidilən iki kəlmə niyyətin yerinə yetib-yetməyəcəyinə işarə verir. Buna görə axır çərşənbə günü evdə könül açansöhbətlər edilir.Yazın gəlişi ilə əlaqədar ilin axır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, uşaqlar odun üstündən hoppanırlar.Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaqdeməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi