8 Mart - Beynəlxalq Qadınlar Günü
Azad Rzayev adına 223 saylı tam orta məktəbdə Beynalxalq qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir Məktəbin 10 B sinif şagirdləri məktəbin qadın müəllimlərini təbrik etmiş və kiçik video çarx hazırlamışdır lar.Məktəbin anadili ədəbiyyat müəllimi Əsədov Bakir çıxış edərək bütün qadın kollektivini səmimi qəlbdən təbrik etmiş və bu gün haqqında qısa məlumat vermişdir. Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı.O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür