Od çərşənbəniz mübarək!

Novruzdan əvvəlki son 4 çərşənbəyə xüsusilə Azərbaycan mədəniyyətində ayrı bir əhəmiyyət verilir. Novruz yaradılışın mərhələlərini işarələyən 4 ünsür ilə (su, od, külək və torpaq) əlaqədar ənənələrini daxildir. Ümumiyyətlə Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.Bu çərşənbə xalq arasında üskü çərşənbə, Adlı çərşənbə kimi də tanınır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar - bezarları yandırırlar.Od çərşənbəsi əski görüşlərlə bağlı olub Günəşi, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzədək gəlib çatıb. Onlar arasında oda, ağaca olan inamlar da xüsusilə diqqəti cəlb edir. Məsələn, "ocağı şər vaxtı söndürməzlər", "od çərşənbəsində ocağı boş qoymazlar" və s. Bu gün imkan dərəcəsində hər kəsin evində istilik verən yeməklər bişirilməli, süfrə açılmalı, xonça bəzənməli, şamlar yandırılmalıdır. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs od çərşənbəsini şad, şən və bolluq içində keçirsə, daha yaxşı olar. Ocağınız yanar olsun* Ocağınız odlu, süfrəniz dadlı olsun.* Səni od aparsın.* Odda yanmaz, suda batmaz ol.* Oda söyməzlər.* Oddan pay verməzlər.Hər kəsin çərşənbəsini təbrik edirik.Əziz dostlar əsas odur ki, qəlblərimizin istiliyi əskik olmasın...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi