Xocalı faciəsi

26.02.2019-cu ildə Qaradağ rayonu Qobustan qəsəbəsi A.Rzayev adına 223 N-li tam orta məktəbində “Xocalı faciəsi”-nə həsr olunan tədbir kecirildi.

Tədbir məktəbin hərbi müəllimi T.Rəfiyevin çıxışı və Xocalı faciəsi qurbanlarının bir dəqiqəlik sukutla yad edilməsi ilə basladı. Sonra erməni vandalizminin mənfur siyasətindən danışan ibtidai sinif müellimi M.Muradova tədbir iştirakçılarına dövrün siyasi mənzərəsini canlandırdı.Daha sonra məktəbin 6 və 7 ci sinif şagirdlərinin hazırladığı səhnəciklər dinc xocalı sakinləri-nin yaşadığı faciəli anlar tədbir iştirakçılarını həyacanlandırdı. İbtidai sinif şagirdlərinin söylədikləri şeir-lər Xocalı faciəsinin ağrı-acısını sanki bir daha yaşatdı.Tədbirin sonunda Xocalıda əsir düşməməkdən ötrü canına qıyan el qızlarına həsr olunan şeir faciəsinin bütün dəhşətlərini göz önünə gətirdi.Tədbir məktəb direktorunun yekun çıxışı ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi