Su çərşənbəniz mübarək

Novruzun öz qədəmlərilə yurdumuza ayaq basmasına artıq bir neçə gün qalıb.Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçiləri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci çərşənbə - su çərşənbəsidir.Məktəbimizdə ilk çərşənbəni şagirdlərimiz tonqal ərtafında qarşıladılar. Onların bu sevinci valideynlər tərəfindən böyük sevinclə qarşılandı.Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır. Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına inamla birgə onlarda həyata sevgi, gözəllik, sayğı düşüncələri aşılayır. Çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi