Beynəlxalq Tolerantlıq Günü

21 dekabr 2015-ci il tarixində Azad Rzayev adına 223№li tam orta məktəbdə Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş tədbir keçirilmişdir.Tədbirdə məktəbin pedaqoji kollektivi və şagird kollektivi iştirak etmişdir. Beynəlxalq Tolerantlıq günü haqqında məktəbin tarix müəllimi Qasımova Reyhan Şahmalı qızı məlumat vermişdir. Azərbaycanda din- dövlət münasibətləri Konstitusiya ilə”Dini etiqad azadlığı haqqında “Qanunla ,habelə digər normativ aktlara əsasən tənzimlənir. Konstitusiyamızın 7-ci maddəsində göstərilir ki, Azərbaycan demokratik ,hüquqi dünyəvi ,unitar respublikadır.Əsas Qanunun 18-ci maddəsində isə bildirilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidi. “Tolerantlıq –dünyamızda mədəniyyətlərin zəngin müxtəlifliyinə,mövcud özünümüdafiə formalarına hörmətlə yanaşmaq ,bunları tanımaq və düzgün anlamaq deməkdir.”Dözümsüzlük siyasi,iqtisadi,sosial-mədəni ,milli, irqi,dini ideoloji formalarda mövcud olmuşdur və mövcuddur.Müharibə isə bu dözümsüzlüyün ən ağır təzahür formasıdır. Azərbaycan xalqı humanist mövqedən çıxış edərək,dinc yanaşı yaşamaq prinsipini əsas tutur. Ermənistan isə özünün iqtisadi və strateji maraqlarını Azərbaycan torpaqları hesabına təmin etməyə çalışır,türklərə qarşı kəskin milli dözümsüzlük nümayiş etdirir.Onlar ölkəmizə qarşı ərazi iddiaları irəli sürməklə beynalxalq hüquq normalarına qətiyyən məhəl qoymurlar.Müstəqil Azərbaycanı dünya miqyasında fərqləndirən ən mühüm cəhətlərdən biri də ölkəmizdə dini dəyərlərə,eləcə də İslam dini ilə yanaşı digər müxtəlif dinlərə yüksək tolerant münasibət göstərilməsidir.Azərbaycan din azadlığı baxımından beynəlxalq aləmdə nümunəvi bir dövlət hesab olunur.Buda təbiidir.Ölkəmizdə müxtəlif dinlərin inkişafı üçün hər cür şərait yaradılmışdır.Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.Azərbaycanda nə milli nə də dini zəmində ayrı-seçkilik olmamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi