Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Azad Rzayev adına 223 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şənlik tədbirləri keçirildi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.