Yel Çərşənbəsi
Qarşıdan bizim Yeni ilimiz sayılan Novruz Bayramı gəlir. Novruzun gəlişi baharın gəlişi deməkdir.Təbiətin oyanışıdır. Bu bizim bayramımızdır.Amma Novruzdan əvvəl biz 4 çərşənbəni qeyd edirik. Su, Od, Yel Torpaq. Torpaq ünsürlü axır çərşənbə daha fərqli qeyd olunur.Ağacların dibi şumlanıb sulanır , həyət-bacada təmizlik işləri aparılır.Bu gün martın 14-ü 2017-ci il Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Azad Rzayev adına 223 nömrəli tam orta məktəbin həyətində də böyük canlanma var idi.3-cü dərsdən sonra bütün müəllim və şagirdlər məktəbin həyətındəki kağızları , çör-çöpləri , quru ağac budaqlarını bir yerə yığdılar.Yuxarı sinif şagirdləri ağacların dibini şumlayıb çillə suyu verdilər.Hər kəs öz işini böyük həvəslə görürdü.Sonda böyük bir bayram tonqalı qalandı. Şagirdlər tonqal ətrafında yallı getdilər.3a sinif şagirdi Məmmədli Nəzrin öz milli rəqsi ilə hamını heyran etdi. 7b sinif şagirdi Rəsulzadə Səid telli sazını sinəsinə sıxıb bahar ruhlu mahnılar oxudu. Qızlar əllərində səməni tonqal ətrafında rəqs etdilər.Beləcə ilaxır çərşənbəni bütün məktəb kollektivi bir yerdə qarşıladı.