Anım Günü
11.12.2024-cü il tarixində Azad Rzayev adına 223 nömrəli tam orta məktəbin kitabxanasında, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin bir neçə müəllim və şagird heyəti iştirak etdi. Tarix müəllimləri Ulu Öndərin siyasi həyat yolundan söz açdılar. Müəllimlər öz çıxışlarında qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dahi rəhbərin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində Ulu Öndərin bu arzusu real həllini tapdı.
Sonda, şagirdlər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeir çələngi söylədilər.