Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası

Ötən ilin aprel ayında Bakı Şəhəri Üzrə Təhsil İdarəsi və İstək liseyinin məntiq olimpiadası keçirildi. Olimpiada azərbaycanlı alim, qeyri-səlis məntiqin banisi Lütfi Zadənin adına daşıyırdı. Olimpiadada Bakı şəhəri üzrə 292 məktəbin 23864 nəfər şagirdləri iştirak edirdilər.Çox sevindirici haldır ki, müsabiqənin I turunda məktəbimizin 19 nəfər şagirdi uğur qazanaraq final mərhələsinə keçdilər.Bunlardan 18 -nəfəri sertifikatlarla təltif olundu. 7a sinif şagirdi Vəlizadə Kənan olimpiadada daha yüksək nəticə əldə edərək 83 nəfər qaliblər arasında II yeri tutanlardan biri oldu.6 dekabr 2016-cı ildə Nizami adına kino mərkəzində qaliblərin mükafatlandırma mərasimi keçirildi. Mərasimdə məktəbimizin şagirdi Vəlizadə Kənan II yer tutaraq gümüş medala layiq görüldü, diplom və mükafatlarla təqdim olundu. Bu məktəbimiz üçün çox qürurverici haldır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi