Qanlı Yanvar

19. 01.2024-cü il tarixində Azad Rzayev adına 223 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirə şəhid ailələri və qəsəbə qaziləri də dəvət edilib. Əvvəlcə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.​ Sonra isə, tədbirdə iştirak edən müəllimələr çıxış edərək 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciədən bəhs ediblər. Ardınca məktəbimizin adıni daşıyan 20 Yanvar şəhidi, Azad Rzayevin qardaşı çıxış edərək şəhidin vətənə, torpağa olan sevgisindən, şəhidlik zirvəsinə ucalmasından söz açıb. Eyni zamanda, 44 günlük Vətən müharibəsində iştirak edən, vətən oğullarının igidliyindən, döyüş yolundan və qəhrəmancasına şəhidlik zirvəsinə ucalmasından da bəhs edilib. Tədbir şagirdlərin vətənpərvərlik ruhunda olan şer və mahnıları ilə davam edib.
Sonda bildirilib ki, xalqımız bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman​ uca tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi