Erkən nigaha yox deyək
16.01.2024-cü il tarixində A. Rzayev adına 223 nömrəli tam orta məktəbin psixoloqu tərəfindən 8,9 və 10-cu sinif şagirdləri ilə birlikdə ,, Erkən nigaha yox deyək " mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin bir neçə müəllim heyyəti iştirak etdi. İştirak edən müəllimlər çıxış edərək, gənclərə xüsusilə qız uşaqlarına təhsilin önəmli olduğunu qeyd etdilər. Erkən nigahın mənfi təsirlərindən və fiziki fəsadlarından söz açdılar.
Daha sonra psixoloq uşaqların suallarını cavablandırdı.