Anım Günü
Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Bununla əlaqədar olaraq A. Rzayev adına 223 nömrəli tam orta məktəbin kitabxanasında dəyirmi masa keçirildi. Tədbirdə tarix müəllimləri və ana-dili müəllimləri iştirak etdi. Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dahi rəhbərin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində Ulu Öndərin bu arzusu real həllini tapdı.