18 Oktyabr
17.05.2023-cü il tarixində Azad Rzayev adına 223 nömrəli tam orta məktəblə, Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin birlikdə təşkil etdiyi "18 oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycanın himni səsləndirildi. Sonra vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Məcidova Mira müəllimə çıxış edərək bildirdi ki, tarix dəfələrlə sübut edib ki, əvəzsiz milli sərvət olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də məhz bu missiyanı yerinə yetirmiş, görkəmli dövlət xadiminin rəhbərliyi ilə Ali Məclisin sessiyalarında dövlət müstəqilliyi ilə bağlı tarixi qərarlar qəbul olunmuşdur. Ardınca tədbirdə iştirak edən Mədəniyyət Evinin ifaçıları tərəfindən Şuşanın Dağları, Xudayar təsnifi, Qarabağ və.s mahnıları ifa edildi. Eyni zamanda məktəbin şagirdlərinin də ifasında vətənpərvərlik ruhunda şerlər və mahnılar söylənildi.