Bilik Günü

2023-cü il sentyabrın 15-də Azad Rzayev adına 223 nömrəli tam orta məktəbin həyətində “Bilik günü” tədbiri keçirilib. Tədbirdə məktəb müəllimləri, inzibati heyəti, şagirdlər və onların valideynləri iştirak ediblər.

Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan məktəb rəhbəri Qurbanova Aynurə müəllimə “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibəti ilə bütün kollektiv üzvlərini və məktəbin birinci sinfinə qədəm qoyan fidanları təbrik edib.

 Sonda birincilər üçün ilk zəng çalınıb və onlar siniflərə daxil olublar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi