Qanlı Yanvar

Yanvar ayının 16-da yuxarı sinif şagirdlərinin iştirakı ilə “Qanlıı Yanvar”mövzusunda məktəbimizdə toplantı keçirildi. Mövzu barədə məktəbin müəllimi Bakir Əsədov məlumat verdi.19-dan 20-nə keçən gecə Azərbaycan xalqının yenilməz qeyrəti,qəhrəmanlığı haqqında söhbət açıldı.Təklənmiş bir xalqın azadlıq eşqi,milli qüruru o gecə mərmi ilə,ünvanı səhv salmış güllə ilə üz-üzə gəlmişdi.O gün ölümün gözünə dik baxa-baxa şəhid olanlar xalqımızın əzmini ifadə eləyirdi.Toplantıda B.Əsədov 20 Yanvar siyasi motivləri barədə söhbət etdi.Şagirdlər mərkli düşmənlərimizin günahsız,əliyalın xalqa qarşı törətdikləri soyqırım barədə məlumat verdilər.Şagirdlər qeyd etdilər ki,biz faciəli gündə dostumuzu da, düşmənimizi də tanıdıq.Bu faciə xalqımızın qan yaddaşına hopdu.Sonda B.Əsədov toplantıya yekun vurdu. O,qeyd etdi ki, bizi sındıra bilmədilər.Biz ayaq üstə durmağı bacardıq. İndi xalqımız inamla işıqlı gələcəyə doğru addımlayır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi