Büstün açılışı
20.04.2023-cü il tarixində 223 nömrəli tam orta məktəbin həyətində məktəbin adını daşıyan 20 Yanvar şəhidi Rzayev Azad Allahverdi oğlunun büstünün açılışı oldu. Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayılova Təranə Əli qızı, Yeni Azərbaycan Partiyasının Qaradağ Rayonu Təşkilatının sədri Qafar Əliyev, Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evinin nümayəndələri, Qəsəbə ağsaqqalları, qazilər, şəhidin yaxınları, şəhid anaları, məktəb rəhbərliyi və müəllim heyəti iştirak etdi. Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi. Ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasim şagirdlərin çıxışları ilə davam etdi. Sonda şəhidin büstü önünə qərənfil dəstələri qoyuldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.