Yeni il tədbiri
26 dekabr 2016-cı ildə 223 nömrəli tam orta məktəbdə valideyn himayəsindən məhrum və imkansız ailədə yaşayan şagirdlərə mənəvi və maddi dəstək məqsədi ilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru çıxış edərək bildirdi ki,dövlətin himayəsi və qayğısı hər zaman onların üzərindədir.Sonra yeni Təqvim ili və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə onlar üçün hazırlanmış hədiyyələr təqdim olundu.