Erkən nigaha yox deyək
21.12.2022-ci il tarixində Qaradağ Gənclər Evinin təşəbbüsü ilə "Erkən Nigaha yox Deyək" adlı tədbir keçirildi. Tədbirdə 223 nömrəli məktəbin nümayəndəsi, təlim-tərbiyə işləri üzrə təşkilatçı İsmayılova Hüsniyyə müəllimə və bir neçə şagirdimiz iştirak edib. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə çıxış edərək qonaqlara “erkən nigahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə məlumat verib.