Anım günü

12.12.2022-ci il tarixində 223 nömrəli məktəbin akt zalında Ümumimilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Qurbanova Aynurə müəllimə və müəllim kollektivi iştirak etdi. Tədbir məktəbin tarix müəllimi Qasımova Reyhan müəllimənin çıxışı ilə başladı. O, çıxış edərək Ulu Öndərin siyasi fəaliyyətindən danışdı. Qeyd etdi ki, məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir.Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik.
Sonda məktəbli şagirdlər ulu öndər Heydər Əliyeva həsr olunan şerlər söylədilər.