Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur
12 dekabr 2016-cı ildə Azad Rzayev adına 223 nömrəli tam orta məktəbin akt zalında Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi.Tədbir himnin səslənməsi ilə başlandı.Giriş sözü ilə tədbiri məktəbin tarix müəllimi Reyhan Qasımova açıq elan etdi.1 dəqiqəlik sükutla ümummilli liderin əziz xatirəsi yad edildi,şərəfli ömür yolundan bəhs edildi.Sonra məktəbin direktoru Nailə Eyvazova çıxış edərək milli öndərimizin, dövlətimizin müstəqilliyi uğrunda gördüyü işlərdən söz açdı.Daha sonra dahi şəxsiyyətin həyat yoluna həsr olunmuş videoçarx nümayış edildi.Məktəblilərin iştirakı ilə şeirlər səsləndi.