..Biz bu gün qürurluyuq,,

..Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur"
Arzu edirəm ki, sizinlə birgə gedək Şuşaya. Gedəcəyik,inanın ki,gedəcəyik. Şuşa Azərbaycanın gözüdür,hər bir azərbaycanlı üçün bu, iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox,Laçın dağları da belə əzizdir.Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl şəhər, Füzuli, Cəbrayıl,Zəngilan,Qubadlı,Kəlbəcərin o İstisusu.... B iz onlarsız yaşaya bilmərik.Təsəvvür də edə bilmərik." Ulu öndər Heydər Əliyevin bu arzusunu davamçısı Cənab Prezidentimiz İlham Əliyev həyata keçirtdi və bunu "Bizim Böyük Qələbəmiz ,, adlı kitabında əks etdirdi.
Biz də məktəb olaraq, bu kitabı şagirdlərə təqdim etməkdən qürur duyuruq.