Erkən nigaha yox deyək

01.02.2022-ci il tarixində Azad Rzayev adına 223 nömrəli tam orta məktəbdə erkən nigaha yox deyək adlı tədbir keçirildi. Tədbirdə məktəbin pisixoloqu, təşkilatçı, təlim-tərbiyə işləri üzrə direktor müavini, azərbaycan-dili və ədəbiyyat müəllimi və bir çox şagird kollektivi iştirak etdi. Tədbirdə 18 yaşına çatmayan qızların nigaha cəlb edilməsindən söhbət açıldı. Erkən nigahın onların sağlamlığında yaradacaq fəsadlarından danışıldı. Gələcəkdə düzgün tərbiyə edən ana , ailəsinə maddi dəstək verə bilən qadın,  cəmiyyətə töhfələr verə biləcək bir vətəndaş olması üçün təhsilin vacibliyi vurğulandı.

 Sonda bir daha onlara düzgün seçim etmələri və yalnız təhsili seçmələri söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi