Unudulmaz Qanlı Yanvar
Azad Rzayev adına 223 nömrəli tam orta məktəbdə 19.01.2022-ci il tarixində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Məktəbin Ana dili və ədəbiyyat müəllimi İsayeva Sahibə çıxış edərək bildirdi ki, Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “20 Yanvar” faciəsi kimi həkk olunan o yanvar gecəsindən bizi tam 32 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini dönmədən davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına hər zaman xüsusi diqqət ayırır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.Tədbir 3 a sinif şagirdlərinin çıxışı ilə bitdi.