"Ağacəkmə aksiyası"

18.02.2022-ci il tarixində 20 Yanvar şəhidi Azad Rzayevin adını daşıyan 223 nömrəli tam orta məktəbdə, məktəbin direktoru Qurbanova Aynurə müəllimənin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi. Aksiyada məktəbin təsərrüfat müdiri, idman müəllimləri və bir neçə fənn müəllimləri iştirak etdi. Məktəbin bir çox könüllü şagirdləri də aksiyaya qoşuldular. Onlarla agac əkildi. Sonda tədbirdə iştirak edənlər şəhidlərimizə rəhmət oxuyaraq, yaxınlarına səbr arzuladılar.