Şəhidlərin Anım Günü

21 oktyabr 2021-ci il tarixində Azad Rzayev adına 223 nömrəli tam orta məktəbdə 44 günlük Vətən müharibəsində Şəhid olmuş qəsəbəmizin 4 igid oğlu Surxayev Yunis, Abbasov Pünhan , Məmmədov Ramal və Xəlilov Ələddinin məktəbin Akt zalında Anım günü keçirildi. Tədbir məktəbin hərbi rəhbəri Rəfiyev Təyyar müəllimin çıxışı ilə başladı. Bir dəqiqəlik sükutla Şəhidlərin xatirəsi anıldı.Təyyar müəllim çıxışında Azərbaycan ordusunun igidliyindən geniş danışdı. Qəsəbəmizin igid şəhidlərinin oktyabr ayında şəhidlik zirvəsinə ucaldığını bir daha vurğuladı. 4a sinif şagirdlərinin iştirakı ilə canlı Himn səsləndirildi.
Məktəbin tarix müəllimi Qasımova Reyhanın çıxışında Azərbaycanın müzəffər ordusundan, Qobustan qəsəbəsindən olan igidlərin şücaətindən söhbət açdı. Sonra 10 a sinif şagirdlərinin kompazisiyası səsləndirildi.Çıxışda 10 a sinfindən Abasov Zakir, Məmmədli Canpolad, Məmmədov Rinat və Qubadov Nuran iştirak edirdi.Kompazisiya 8 e sinif şagirdi Əliyeva Sineyvazın çıxışı ilə davam etdi.9 a sinif şagirdi Məmmədova Əfsunun çıxışı qadın şəhidimiz Arəstə Baxışovaya həsr olundu.
3b sinfi “İgid Əsgər” marşını səsləndirdi.3 b sinfinin sinif rəhbəri Muradova Möminə müəllim şəhidlərimizin xatirəsini yad etdi.
Tədbir məktəbə hazırlıq qrupundan olan Babazadə Aylin və Babazadə Həvva nın çıxışı ilə sonlandırıldı.