İşğaldan azad olunmuş ərazilərin bərpası

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün bütün işlər görülür,yeni avadanlıq alınır, Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb, Türkiyədən və Rusiyadan gələn hərbiçilərdə bu sahədə yardımçı olurlar. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası davam edir.Ərazilərə elektrik xətləri çəkilir, yarım stansiyalar tikilir, ötürücü xətlər inşa edilir.Yolların çəkilişi ilə bağlı da işlər görülür.Füzuli –Şuşa yolu , Zəfər yolu, Horadiz-Zəngilan yolları bərpa olunur.

 Hava limanlarının inşası regionun daha sürətli inkişafına səbəb olacaq.Füzuli, Zəngilan, Laçın rayon ərazisində limanların tikintisi nəzərdə tutulur.

Müharibə nəticəsində vurulmuş ziyanın hesablanması prosesi davam edir.Uzun illər təbii ki, sərvətlərimizdən qanunsuz istifadə edən Ermənistanın cinayəti beynəlxalq məhkəməyə veriləcək. Milli maraqlarımızın təmi edilməsi üçün bütün lazımı addımlar atılacaq. Zəngəzur məsələsinə “ İsgəndər-M”raketləri ilə bağlı məsələlərə aydınlıq gətiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi