Əzəmətli Ordumuz
Əzəmətli ordusuna güvənən Azərbaycan 30 illik haqsızlığa son qoydu. Uzun illər Ali Baş Komandanın siyasəti ilə bərkiyən, türk qeyrəti ilə başını dik tutan, İslam mərhəmətini köksündə gəzdirən rəşadətli ordumuz birliyi, insanlığı, şücaəti dünyaya tanıtdı. Döyüşdə amansız olan bu qəhrəmanlar döyüşdən kənar düşmənin qoca və körpələrinə göstərdiyi mərhəməti ilə mənfur düşmənə dərs verdi. Böyük siyasətçi Ali Baş Komandanın uğurlu hərbi gedişləri ilə Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdən geri çəkilməyə məcbur etməsi nəticəsində Yenilməz Azərbaycan Ordusu regionda yeni reallıq yaratdı. Bu elə bir reallıqdır ki, indi bütün dünya bu reallıqla hesablaşmalıdır. Hər qarışında Cavanşirtək oğullarımızın qanı axıdılmış Ağdam, Füzuli, Suqovuşan bir daha gözümüzdə ucaldı, hər daşında, qayasında canını torpaq uğrunda sipər edən oğullar bu torpağı bir daha müqəddəsləşdirdi. İndi bu torpağın sahibi var. Onu qoruyan əzəmətli Azərbaycan ordusu!