Qalib Ordu
44 günlük müharibə zamanı Azərbaycan Ordusu öz şərəfli missiyasını icra etməyə başladi və düşməni torpaqlarımızdan qovdu. Bu ordu heç vaxt mülkü əhali ilə müharibə aparmamış, yalnız öz ərazi bütövlüyünü bərpa edərək tarixi naliyyətlərə imza atmışdır.
Vətən müharibəsi –XXI əsrin müharibəsidir. Böyük qələbəmizin təməlində duran uğurlu hərbi siyasət nəticəsində xüsusi əhəmiyyətə malik Hadrutun azad edilməsi, nəzarətin Azərbaycan Ordusuna keçməsinə səbəb oldu. Daha sonra Füzuli, Cəbrayıl, Şuşa şəhərlərinin işğalçılardan təmizlənməsi müharibə taarixində bir şanlı zəfər nümunəsidir.
Rəsmi İrəvanın vandalizm siyasəti.
İşğaldan azad olunmuş ərazilər rəsmi İrəvanın vandalizmini hamıya göstərdi, çünki dağıdılmış, yerlə-yeksan edilmiş evlər bunu açıq şəkildə sübut edir. Artıq azad edilmiş torpaqlların bərppasına başlanılıb. Füzulidən Şuşaya yol çəkilib, avtomobil körpüləri inşa edilir. Düşmənin birinci Qarabağ müharibəsindən bəri dağıtdıqlarını biz bərpa edirik.