Bilik Yarışı
Bilik insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusudur. Azad Rzayev adına 223 nömrəli tam orta məktəbin kollektivi olaraq şagirdlərimizin biliklərini yoxlamaq və yeni biliklərə sahib olmaları üçün yarışmalar keçiririk.
21 fevral 2020-ci ildə Ana dili günü münasibəti ilə 5-ci siniflər arasında bilik yarışı keçirildi. Yarışmanı məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Xəlilbəyova Leyla hazrladı və sualları məktəbin müəllimləri tərtib etdi. Yarışma ana dili günüə həsr edildiyindən komandaların adları da ana dilimizə uyğun seçilmişdir. 5a komandası-Qanadlı sözlər, 5b komandası- Cümlə, 5c komandası- Aforizimlər, 5ç komandası-Atalar sözləri, 5d komandası-Söz birləşməsi, 5e komandası-Məcazlar adlandırılmışdır. Yarışma məktəbin direktoru Eyvazova Nailə müəllimənin çıxışı ilə başladı. Sonra aparıcı münsiflər heyətini təqdim etdi. Yarışmada Azərbaycan dili, Ədəbiyyat, Tarix, Riyaziyyat, İngilis dili fənlərindən suallar qoyulmuşdur. 6 komanda sıra ilə sualları seçərək qoyulan vaxt ərzində onu cavablandırmağa çalışdılar. Cavablar münsiflər heyətinə təqdim edilirdi. Ən dolğun cavab 5 balla qiymətləndirilirdi. Sonda nəticələr elan olundu. Qalib komanda təbrik edildi və uğurlar arzulandı. Digər komandalara isə müvəfəqiyyətlər və yeni-yeni yarışlarda uğurlar arzulandı.
Bu yarışda uşaqlar həm yarışdılar, həm əyləndilər, həm də yeni biliklərə sahib oldular.