20 YANVAR FACİƏSİ

16.01.2020-ci ildə Qaradağ rayonu Qobustan qəsəbəsi Azad Rzayev adına 223 № li tam orta məktəbdə 1990-cı il 20 Yanvar şəhidlərinin 30 illiyinə  həsr olunan tədbir keçirildi. Tədbirdə məktəb kollektivi, Qaradağ rayonu İcra başçısının müavini –İsmayılova Təranə Əli qızı, böyük məsləhətçi –Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi İsmayilov Ruslan Çıraq oğlu, Qobustan qəsəbəsi Aşıq Rza adına mədəniyyət evinin müdiri Məmmədov Rüfət və Qobustan qəsəbəsi Aşıq Rza adına mədəniyyət evinin müdir müavini Bayramov Aydın Nadir oğlu iştirak edirdi.

Tədbir məktəb direktoru N.Eyvazovanın çıxışı ilə başladı. Şəhidlərin xatirəsi 1-dəqiqəlik sükutla yad edildi. Sonra söz Qaradağ rayonu İcra başçısının müavini T.İsmayılovaya verildi. O, ağrılı-acılı günlərin təsiri, sonrakı illərdə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ulu öndər Heydər Əliyevin göstərdiyi səylər haqqında tədbir  iştirakçılarını məlumatlandırdı. Sonra məktəbin tarix müəllimi R.Qasımova və ədəbiyyat müəllimi S.Rzayevanın çıxışı dinlənildi.

Tədbirin bədii hissəsində 7-ci sinif şagirdlərinin “19 yanvar gecəsi”  səhnəciyi və ibtidai sinif şagirdlərinin “Qərənfil yağışı” səhnəciyi göstərildi.

Tədbir Azad Rzayevin şəkli önünə qərənfillərin düzülməsi və Şəhidlərin əziz xatirəsinin hər zaman yad edilməsi notları ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi