NƏSİMİNİN 650 İLLİK YUBLEYİNƏ HƏSR ETDİYİMİZ "DÜNYAYA SIĞMAYAN NƏSİMİ" ADLI TƏDBİRİMİZ.

 

19.12.2019-cu ildə A.Rzayev adına 223 nömrəli tam orta məktəb böyük Azərbaycan şairi İmadəddin  Nəsiminin 650 illik yubleyinə həsr olunan tədbir keçirdi. Tədbir qəsəbədəki Aşıq Rza adına mədəniyyət sarayında keçirildi. Məktəb kollektivi və qəsəbə sakinlərinin iştrakı ilə keçirilən tədbir Nəsimi yaradıcılığını əks etdirən video-çarxla başlandı.

Nəsimi obrazını canlandıran 9 b sinif şagirdi Süleymanov Nurlanın Sığmazam şeirini söyləyərkən səhnəyə çıxması marağa səbəb olub. Məktəbin ədəbiyyat müəllimi Rzayeva Sahibə Nəsiminin fəlsəfi görüşləri, süfi və hürufi təriqəti barədə olduqca maraqlı bilgilərlə tədbir iştirakçılarını məlumatlandırdı.

Daha sonra 6 c sinifinin şagirdləri tərəfindən göstərilən səhnəcikdə İ. Nəsiminin uşaqlığı canlandırıldı. 8 a sinfinin şagirdi Balakişiyeva Səbinənin söylədiyi “Nə” qəzəli İ.Nəsiminin dühasının möhtəşəmliyini bir daha göz önünə gətirdi. “Nəsimi və Umgülsüm” səhnəsi, təriqət nümayəndələri olan gənc şairlərin ustad Nəsimini mühafizə etmək üçün özlərini qurban verən səhnə, ruhanilərin Nəsiminin ölümünə fitva verən səhnə  və İ. Nəsiminin ölüm səhnəsi canlandırıldı. Daha sonra şeir məclisi, segah sədaları altında İ. Nəsiminin qəzəllərinin ifası, Tərs əlifba haqqında məlumat şagirdlərin Nəsimi yaradıcılığına kifayət qədər bələd olduqlarını göstərirdi.

Sonda Nəsiminin “Sığmazam qəzəli xorla oxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi