Sağlamlıq, təhlükəzizlik və ətraf mühitin mühafizəsi

Bu gün məktəbimizdə "Saipem Contractinq Netherlands B.V. şirkətinin Azərbaycandakı filialının Şahdəniz-2 Layihəsinin
SƏTƏM şöbəsinin kiçikyaşlı məktəblilər üçün hazırladığı Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi haqqında"
məlumatlandırma təliminin növbəti sessiyası keçirildi. Şirkətin əməkdaşları şagirdlərə dolğun, maraqlı məlumatlar təqdim
etdilər. Sessiyada şagirdlərlə dialoqa geniş yer verildi. Onları maraqlandıran suallara ətraflı cavablar verildi.