Məktəbimizin sevimli müəllimi İsmiyev Arif Əvəz olunun vəfatı kollektivi sarsıtdı.
Məktəbimizin riyaziyyat -informatika müəllimi İsmiyev Arif Əvəz oğlu 23.03.2016-cı il tarixdə qəflətən 68 yaşında infarktdan vəfat etmişdir. İsmiyev Arif Əvəz oğlu 08.yanvar 1948-ci ildə Qobustan rayonunda anadan olmuşdur.Onun pedaqoji fəaliyyətinin çox hissəsi (25 ilədək)222 saylı məktəbdə keçmişdir.Arif müəllim dərin biliyə,savada malik olan bir şəxsiyyət idi.Öz biliyini sevə-sevə şagirdlərinə öyrədirdi.Onunla hazırlaşan məzunların 90 faizi ali məktəblərə qəbul olunurdu.Arif müəllimin yetişdirdiyi,dərs dediyi məzunlar arasında alim,mühəndis,həkim , müəllim,bütün peşələrdən vardır. Gözəl ailə sahibi,ata idi... Səngəçal qəsəbəsində ziyalı təbəqəsinin formalaşmasında onun zəhməti əvəzsiz olmuşdur.Allah qəni -qəni rəhmət etsin! Ruhu şad olsun!