4ç sinifinin buraxılış gecəsi

Bu gün məktəbimizdə Quliyeva Nigar müəllim 4ç sinifinin buraxılış gecəsinə aid tədbir keçirdi. Şagirdlər tədbirdə şeirlərini,
mahnılarını səsləndirdilər. Nigar müəllim də sinif rəhbəri olaraq öz sözləri ilə çıxış etdi. O, şagirdlərinə yeni tədris ilində yeni
müəllimləri ilə uğurlar dilədi. Dərslərində daha diqqətli olmağı və əla qiymətlər almağı arzu etdi.