Fizika gecəsi

24.04.2019-cu il tarixində məktəbimizdə Şəlalə Talıbovanın təşkilatçılığı və 7ç, 8a, 8b, 8ç sinif şagirdlərinin iştirakı ilə
əyləncəli fizika gecəsi keçirildi. Bu tədbirin keçirilməsində məqsəd fizikanı həm elmi, həm də bədii cəhətdən anlamağa
digər tərəfdən isə zövq verməyə çalışmaq idi. Tədbir Aprel döyüşlərində həlak olmuş şəhidlərin anılması ilə başladı. Tədbirdə
Fizikaya aid mahnılar, fizika alimləri haqqında məlumatlar, fizikaya aid təcrübələr nümayiş etdirildi. Ədəbiyyatda fizikaya aid
söylədikləri şeirlər xüsusilə maraqlı oldu.