Soyqırım günü

01.04.2019-cu il tarixində məktəbimizdə 6b sinifində tarix müəllimi Quliyeva Röyalə tərəfindən təqdimat keçirildi. 1918-ci il
30 martdan 02 aprelə qədər xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş soyqırım haqqında məlumat verildi. Həlak olan
günahsız insanların, uşaqların, qadınların, qocaların necə işgəncələrə məruz qaldığı müəllim tərəfindən şagirdlərə bildirildi.
Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan və digər rayonlarda həyata keçirilən soyqırım haqqında müxtəlif vidoçarxlar
nümayiş etdirildi. Sonda müəllim Məmməd Əmin Rəsulzadənin bu sözləri ilə təqdimatı yekunlaşdırdı. "Şübhəsizki həqiqət bir
gün parıldayacaq" gün gələcək dünya birliyi xalqımızın başına gətirilən bu faciələrə öz ədalətli qiymətini verəcək. Erməni vandalları
işğal altında olan torpaqlarımızdan çıxarılacaq.