"Novruz gəlir, yaz gəlir"

Bu gün 5a sinif şagirdləri "Novruz gəlir, yaz gəlir" adlı ədəbi-bədii gecə keçirdilər. Tədbirdə Bahar qızı, kosa, keçəl də
iştirak edirdi. Şagirdlər milli rəqslər, Novruza aid şeirlər, mahnılar, səhnəciklərlə bayramı bəzədilər, pəhləvanlar döyüşdülər,
qızlar "hakışda" dedilər, küsülülər barışdılar, bayram adət-ənənələrinə uyğun tonqal qaladılar, xonça bəzədilər, əl işlərini
təqdim etdilər. Beləcə, "Bahara xoş gəldin" dedilər.