Xocalı əsrin faciəsidir

22.02.2019-cu il tarixində məktəbin tarix müəllimi Quliyeva Röyalənin təşkilatçılığı ilə
Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar 6a sinifində Xocalı "Şəhid Şəhər" mövzusunda
dəyirmi masa keçirilmişdir.Dəyirmi masada ermənilərin xalqımıza qarşı törətdikləri faciə həm
şagirdlərin həm də müəllimin vasitəsilə işıqlandırılmışdır.Şagirdlər Xocalıda canınnan keçib
şəhid olan qəhrəmanlar Əlif Hacıyev, Tofiq Hüseynov, Allahverdi Bağırov, Çingiz Mustafayev
və digər qəhrəmanlar haqqında məlumat verdilər.Şagirdlər Qarabağ, Xocalı hgaqqında şeir
parçaları səsləndirdilər.Şagirdlər tərəfindən "Mən xocalıyam", "Mən vətənəm", "Qayıdacağıq"
şüarları səsləndirilib.Müəllim şagirdlərə faciəni əks etdirən müxtəlif videoçarxlar, Xocalı şahidləri
qətlə yetirilmiş insanlar haqqında slaydlar təqdim etdi.Dəyirmi masada məktəbin direktoru Əzizəxanım
Haşımova və Təşkilatçı işlər üzrə direktor müavini Zralova Tamilla iştirak etdilər.Sonda Xocalıda həlak
olan insanlar bir dəqiqəlik sükutla yad edildi.