"Bilik yarışı"

24.12.2018-ci il tarixində məktəbimizin tarix müəllimi Quliyeva Röyalə
tərəfindən 7-ci siniflər arasında "Bilik yarışı" keçirilmişdir. Şagirdlər 4
turdan ibarət olan yarışda "Atropat", "Cavanşir", "Babək", "Atilla" adlı
4 qrupa bölünmüşdür. Xatırladaq ki, 7-ci sinif üzrə həm Azərbaycan
tarixi, həm də ümumi tarixdən suallar verilmişdir. Yarışda ən fəal olduğu
üçün 7ç sinfi 1-ci yerə, 7a sinfi 2-ci yerə, 7b sinfi 3-cü yerə, 7c sinfi 4-cü
yerə layiq görülmüşdür.