Beynəlxalq "Ana dili" günü

21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək,onunla qürur duymaq,onu qorumaq,inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsidir,bununla bahəm,dil millətin simasını səciyyələndirən amillərdən biridir. O,hər hansı bir xalqın varlığının təzahürü,onun milli sərvəti qan yaddaşıdır. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. Məktəbimizdə Ana dili günü il bağlı Qaraşova Ceyran müəllim 4a sinfində tədbir keçirdi. Tədbirdə şagirdlər şeirlər səsləndirdilər.