Gələcəyimizi birlikdə düşünək,narkomaniyaya "yox" deyək!

Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemlər sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Məktəbimizdə narkomaniya ilə bağlı Bakı şəhər Narkoloji Dispanserin nümayəndəsi və Qaradağ Rayon Gənclər və Turizm İdarəsinin təşkilatçılığı ilə 10-cu sinif şagirdləri ilə narkomaniya mövzusunda müzakirə aparıldı. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsas həm indiki,həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişməsi üçün həlledici rol oynamaqdadır.