Zərərli vərdişlər və onların fəsadları
Məktəbimizdə yuxarı sinif şagirdləri ilə zərərli vərdişlər ( spirtli içkilər, narkotik maddələr, siqaret, telefondan həddən artıq çox istifadə və s.) və onların fəsadları barəsində müntəzəm olaraq maaarifləndirmə işləri aparılır.
Belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir.