Konstitusiya və Suverenlik İli

Bildiyiniz kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışların təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə etdiyini şagirdlərə çatdırmaq məqsədilə məktəbimizdə "Konstitusiya və Suverenlik İli" ilə bağlı Tədbirlər Planına əsasən silsilə tədbirlər həyata keçirilir.  Bu tədbirlər  çərçivəsində məktəbimizin tarix müəllimi Cəmilə Abdullayeva tarix dərslərində şagirdlərlə "Ümummilli lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda diskussiyalar aparır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi