6-cı sinif şagirdlərinin Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiyası
"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində 6-cı sinif şagirdlərinin Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiyası təşkil olundu. 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmış Qobustan qayaları təkcə daşların altında deyil, üstündə də qədim və zəngin tarix yatdığının bariz nümunəsidir. Sivilizasiyanın ən qədim mərkəzlərindən olan daş kitablar min-min illər əvvəl yaşamış babalarımızın həyat tərzi, məişəti, məşğuliyyəti, incəsənəti, adət-ənənələrindən soraq verir. Ekskursiya zamanı bütün bunlar barədə ətraflı məlumat alan şagirdlərimiz Qobustan muzeyindəki eksponatlarla da tanış oldular.